Vatikan Həvari Kitabxanası XVI əsrdən bəri fəaliyyət göstərir və yalnız xüsusi qonaqların bu kitabxanaya daxil olmasına icazə verilir. Kitabxana unikal memarlıq üslubu və divar rəsmləri ilə də maraq doğurur.
Qeyd edək ki, martın 9-da ilk dəfə olaraq Azərbaycanın – Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Romada iftar veriləcək. İftar mərasimində Bütün Qafazın Şeyxi Allahşükür Paşazadə, Müqəddəs Taxt-Tacın Dövlət Katibi Pyetro Parolin və digər rəsmilər, islam, xristian və yəhudi dinlərinin nümayəndələri iştirak edəcəklər.
Azərbaycanın təşəbbüsü ilə baş tutan bu bəşəri iftar ziddiyyətlər məngənəsində çırpınan dünyamızda sivilizasiyalar və mədəniyyətlərarası dialoqa ev sahibliyi edən ölkəmizin nümayiş etdirdiyi unikal tolerantlıq nümunəsi olacaq.







Vaxtında, Aydın, Lazımlı!


